Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü Günay Adıgözəlovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Kubra Məhərrəmova yazır… Bu günlərdə azərbaycanlı iş adamı Mübariz Mənsimov çoxdandır yerini itirdiyi Azərbaycan gündəminə qayıtmaq üçün ciddi cəhdlər edir. Məqsədi nədirsə, onu anlayana eşq olsun. Adam “tiktoker”mi olmaq istəyir, ya komplekslərimi var? PR-dan az-çox başı çıxan varsa, o dəqiqə bu qeyri-peşəkarlığı hiss edəcək. Adi kütlə üçün iki-üç günlük “TikTok”da fırlanan videolar kimi təsirə malikdir. Söhbət […]
Şabran rayonunun Ağalıq kəndini içməli su ilə təmin edən bulaqlar quruyub və ərazi zibilliyə çevrilib. Bu barədə “Report”un Şimal bürosuna kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bir zamanlar minlərlə əhalinin içməli su mənbəyi olan bulaqlar indi çirkləniblər, ərazi məişət tullantılarının atıldığı məkana çevrilib və burada antisanitariya şəraiti hökm sürməyə başlayıb. Su bulaqları quruduğundan əhali […]