İdman

UEFA “Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəliri AÇIQLADI

Sharing is caring!


“Qarabağ”ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.

UEFA-nın hesabatından verilən məlumata görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro vəsait qazanıb.

Bunun 2 940 000 avrosu iştirak haqqı kimi “köhlən atlar”ın hesabına köçürülüb. Bundan başqa, “Qarabağ”a qrupdakı performansına görə 2 344 000 avro, əmsala görə 935 000 avro, pley-offa çıxdığı üçün 300 000 avro, reklamlardan isə 10 000 avro pul ödənilib.

Yekun məbləğdən 5 000 avro müəyyən xərclərə görə çıxılıb.

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Konfrans Liqasında qrup mərhələsini 2-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Bu raundda Fransa “Marsel”inə uduzan (1:3, 0:3) ağdamlılar turnirlə vidalaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir