Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.
Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir:
C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür: “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər. Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”.