Dünya

Tramp Çinlə ticarət danışıqlarını təxirə saldı

Sharing is caring!

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət danışıqlarını təxirə salıb.

Rg.ru-nun məlumatına görə, bu barədə o, jurnalistlərə müsahibəsində deyib:

“Çinlə danışıqları təxirə saldım. Onların bu ölkə və dünyaya etdiklərini nəzərə alaraq, indi onlarla iş qurmaq istəmirəm”.

Danışıqların nə zaman baş tutacağı sualına isə Tramp “baxarıq” deyə cavab verib.

ABŞ və Çinin nümayəndələrinin avqustun 22-də “ticarət sazişi”nin birinci mərhələsinin icrasını müzakirə edəcəyi ehtimal olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir