Araşdırma

Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE

Sharing is caring!

Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub.

Xeberal.Az xəbər verir ki,1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

C. Cəfərov əmək fəaliyyətinə 1983-cü ildə başlayıb. O 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib,  1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir