FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.
Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Xeberal.az