Şahbuz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
APA xəbər verir ki, rayonun Ağbulaq kəndinin sakinləri – 1963-cü il təvəllüdlü Mehparə Aslanova, 1988-ci il təvəllüdlü Şəlalə Aslanova və 2011-ci il təvəllüdlü Türkanə Nağıyeva yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri kafidir.
Faktla bağla araşdırma aparılır.
Xeberal.az