Cəmiyyət

Göygöldə magistral içməli su xəttində qəza baş verib

Sharing is caring!


Göygöl rayonunda magistral içməli su xəttində qəza olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Kürəkçay mənbəyindən Göygöl şəhəri və kəndləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.

Yaranmış problemin aradan qaldırılması istiqamətində Göygöl rayon Sukanal idarəsi tərəfindən artıq lazımı işlərə başlanılıb.

Belə ki, hazırda d-400 mm plastik magistral su xəttində olan qəzanın aradan qaldırılması üçün əraziyə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunub.

Su xəttinin bərbasının mümkün qədər tez bir zamanda başa çatacağı bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir