Ötən gün Bakıda baş tutan Yeni il şənliyindən sonra şəhərin Nizami küçəsi və “Sahil” metrosu qarşısında insan sıxlığı yaranıb.
Oxu.Az xəbər verir ki, paytaxt sakinləri və şəhərə gələn qonaqlar atəşfəşanlığa tamaşa etmək, mərkəzdə bayram ab-havasını hiss etmək üçün küçələrə axışıblar.
Yaranan sıxlıq nəticəsində insanlar hərəkət etməkdə çətinlik çəkiblər. Bundan əlavə, tədbirlərdən sonra evinə qayıtmaq istəyən vətəndaşlar “Sahil” metrosunun qarşısında toplaşıb.
Sosial şəbəkədə yayılan görüntülərdən izdiham zamanı uşaqların çətin vəziyyətə düşməsi, insanlar arasında gərginlik yaşanması görünür.
Həmin görüntüləri təqdim edirik:
Xeberal.az