İdman

Azərbaycan klubu Türkiyə yığmasının sabiq məşqçisinə tapşırıldı

Sharing is caring!


Türkiyə yığmasının sabiq məşqçisi Cengiz Akarçeşmə qadın voleybolçulardan ibarət “Azərreyl” klubunu çalışdıracaq.

Klubdan verilən məlumata görə, təcrübəli mütəxəssislə birillik müqavilə imzalanıb.

Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokuboklarda maksimum nəticə göstərmək hədəfi qoyulub. Komanda bu mövsüm “Çağırış Kuboku”nda çıxış edəcək.

27 ildir, məşqçiliklə məşğul olan Cengiz Akarçeşmə müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında da fəaliyyət göstərib.

Qeyd edək ki, “Azərreyl” “Çağırış Kuboku”nun 1/32 finalında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmalar oktyabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir