Cəmiyyət

Bakıda şirkətə məxsus yarımstansiyalardan oğurluq edilib

Sharing is caring!

Bakıda şirkətə məxsus yarımstansiyalardan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4 500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun “Binəqədi Oil” şirkətinə məxsus yarımstansiyalardan 945 manat dəyərində elektron sayğac, elektrik avadanlıqları, mühafizə hasarından 1 114 manat dəyərində 113 metr dəmir boru, bir həyətyanı sahədən isə 1 200 manat dəyərində kombi oğurlaması da müəyyən olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir