İqtisadiyyat

İş adamları “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər – FOTO

Sharing is caring!

Bu yaxınlarda fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir. Mediasiya Şurası tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-18.00-dəkdir. 

İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər. 

Yanvarın 11-də Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. 

“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən KOB evində sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, sahibkarlara mediasiya xidmətlərinin göstərilməsi sahəsində KOBİA tərəfindən Mediasiya Şurasına lazımi dəstək göstəriləcəkdir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir