Dünya

17 yaşlı xokkey çempionu gənə dişləməsindən ölüb

Sharing is caring!


Məşhur yarımmüdafiəçi və məşqçi Yevgeni Xvalkonun oğlu Yevgeni Xvalko gənə dişləməsindən dünyasını dəyişib.

Məlumata görə, bir neçə həftə əvvəl Xvalkonu gənə dişləyib. İdmançının halı pisləşib, ağırlaşmalar başlayıb. Gənənin ensefalitik olduğu ortaya çıxıb. Həkimlər mübarizə aparsalar da, onu sağaltmaq mümkün olmayıb.

Qeyd edək ki, Xvalko “Kuzbass” gənclər komandasında oynayıb. Keçən mövsüm qol + ötürmə sistemində 20 xal toplayıb və apreldə çempionluğu komanda ilə qeyd edib.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir