Cəmiyyət

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Sharing is caring!

Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun “mal bazarı” adlanan ərazisində qeydə alınıb.

QAZ-24 markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlardan biri göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında qeyd edib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində Ağstafa rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımuradovun idarə etdiyi avtomobilin aşması nəticəsində 1966-cı il təvəllüdlü, Tovuz rayon Əlibəyli kənd sakini Ramiz Aslanov, 1957-ci il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Göyçək Əliyeva, 1983-cü il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Ramil Alıyev, 1997-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Asəf Orucov və 2001-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Hümmət Əliyevin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi və Hümmət Əliyevin ölməsi məlum olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir