Təhsil

Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru : Mən dövlətin qanundan kənara çıxa bilmərəm – AÇIQLAMA

Sharing is caring!

Xəbəral.az saytı bir neçə gün öncə, vəndaş Rusif Məmmədovun şikayəti əsasında, Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbi ilə bağlı, “Zərdab Rayonu Xasa Kənd Miqdar Umudov Adına Orta Məktəbin Direktoru Vətəndaşı Işlədib, Maaşı Öz Qohumunun Adına Yazıb Mənimsədi – İDDİA” başlıqlı yazı dərc etmişdir.

Yazını olduğu kimi sizlərə təqdim edirik:

Xəbəral.az – a Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru Marusa Qasımovadan şikayət daxil olub. Şikayətçi, Xasa kənd sakini Məmmədov Rusif Məhəmmədəli oğlu saytımıza bildirir ki, məktəb direktoru Marusa Qasımova onun aylıq əmək haqqısının yarısını mənimsəyib.Vətəndaş Rusif Məmmədov iddia edir ki, 2012-ci ildən Zərdab rayonu Xasa kənd Miqdar Umudov adına orta məktəbdə həyat yoldaşı ilə bərabər texniki işçi kimi fəaliyyətə başlayıb.

Məktəb direktoru Qasımova Marusa, Rusif Məmmədovun həyat yoldaşını yarım ştat işə götürsədə, özünü isə, sadə dildə desək, çöldən-çölə işlədib. Yani məktəbi isitmək üçün gətrilən odunların yarılması və digər fiziki işlər gördürüb, lakin zəhmət haqqı pulları 30-40 manat civarında verilib.

Məktəb direktoru Marusa Qasımova, Rusif Məmmədova onun birdəfəlik işə götürələcəyi ilə bağlı söz versədə bu iş başqa yönə çevrilib.

Rusif Məmmədovun Xəbəral.az-a verdiyi məlumata görə, onun fiziki işindən istifadə edilsə də, məktəb direktoru öz yaxın qohumunu işə götürüb onların əmək haqqlarını mənimsəyib.

Vətəndaş Rusif Məmmədovun dediklərinə görə, maaşının günə muz alması və az olması ilə bağlı yaxın qohumlarına danışdığı zaman onlar deyib ki, sənin maaşın bu qədər az ola bilməz. Bundan sonra Rusif Məmmədov Respublika Prokurorluğuna və aidiyyatı üzrə müraciət etdikdən sonra cəm maaşını ala bilib. Əvvəllər isə ən çox maaş alanda 100 manat pul alıb.

Vətəndaş qeyd edir ki, məktəb direktoru Marusa Qasımova onun zəhmət haqqını mənimsəyib. Dəfələrlə Təhsil Nazirliyinə şikayət etsə də məktəb direktoru öz vəzifəsində qalıb, özünə məxsus işləri davam etdirməkdədir.
Bizdə Xəbəral.az olaraq qarşı tərəfi dinləmək məqsədi ilə, Zərdab rayon Xasa kənd Miqdar Umudov adına orta məktəbin direktoru Marusa Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaların əsassız olduğunu bildirdi. Direktor onuda qeyd etdi kk, əgər hər hansı saytda mənimlə bağlı tənqidi yazı gedərsə, həmin saytı və şikayətçini məhkəmələrdə süründürəcəm.

Nəzərinizə çatdıraq ki, Rusif Məmmədovun yerinə artıq, direktor işə adam götürüb.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Vətəndaş Rusif Məmmədovun şikayəti Xəbəral.az saytında dərc etdikdən dərhal sonra Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru Marusa Qasımova yazımıza reaksiya verərək, redaksiyamıza zəng vurub öz obyektiv şəkildə mövqeini bildirdi.

Təbi ki, yazının sonunda Qarşı tərəfin mövqe haqqını yenidən tanımışdıq. Məktəb direktoru Marusa Qasımova da mövqe haqqından yararlandı.

Məktəb direktoru Marusa xanım redaksiyamıza zəng edərək, məktəbə texniki işçi götürmək onun səlahiyyətində olmadığını və şikayətçi Rusif Məmmədovla heç bir ədavət aparmadığını bildirdi.

Məktəb direktorunun Xəbəral.az – a verdiyi məlumata görə, Rusif Məmmədovun heç vaxtı məktəbin işçisi olmadığını, onun həyat yoldaşının məktəbdə texniki işçi kimi çalışdığını söylədi.

Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru Marusa Qasımovanın dediklərinə görə, şikayətçi Rusif Məmmədovun iddialı olduğu texniki işçi yerinə 2-ci Qarabağ savaşının iştirakçısı Həsənov Royal Zahid oğlu götürülüb.

Vətən müharibəsi iştirakçısı: Həsənov Röyal

Nəzərinizə çatdıraq Hesenov Royal zahid oqlu 2020ci il 29 sentyabr səfərbərliklə vətən muharibəsinə çağrılıb. Zəngilanın və Qubadlının azad olunmasinda istirak edərək, torpaqlarmizin işğaldan azad olumasında qəhrəmanlıq göstərib. Zəngilanın və Qubadlının azad olunmasi medalı ilə təltif edilib. Vətən müharibəsi iştirakçısı kimi prezident təqaüdü alır.

Məktəb direktoru onuda qeyd etdi ki, bu gün dövlətimiz Şəhid ailələrinə, Qarabağ Qazilərinə, Müharibə iştirakçılarına diqqət və qayğı göstərir biz niyə laqeyd yanaşaq?

Qarşı tərəfin yenidən mövqein dərc etməyə hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir