“Turan Tovuz”un müdafiəçisi Siyanda Xulu Cənubi Afrika Respublikası (CAR) millisinin heyətində yoldaşlıq görüşündə iştirak edib.
Futbol üzrə Azərbaycan çempionatında çıxış edən S.Xulu Botsvana ilə yoldaşlıq oyununda CAR yığmasının kapitanı olub.
Oyun CAR millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Məlumat üçün qeyd edək ki, 31 yaşlı oyunçunun “Turan Tovuz”la bir illik müqaviləsi var. O, son olaraq İsrailin “Hapoel” (Təl-Əviv) komandasının şərəfini qoruyub.
Siyanda Xulu Cənubi Afrika Respublikasının əsas millisində 17 oyuna çıxıb və bir qol vurub.
Mənbə: Soccer365
Xeberal.az