Siyasət

Kürdəxanı sakini: “Övladlarımızın müasir məktəbdə təhsil alacaqlarına sevinirəm” – FOTO

Sharing is caring!

“Övladlarımızın, nəvələrimizin müasir məktəbdə təhsil alacaqlarına görə sevinirəm”.

Bunu “Report” açıqlamasında Kürdəxanı qəsəbə sakini Bəhruz Nəzərov bildirib.

O, yaşadığı qəsəbədə 304 nömrəli tam orta məktəbin inşa olunmasından, orada yaradılan şəraitdən razılıq edib:

“Məktəbin Prezident tərəfindən açılış görüntülərini gördüm. Məktəb şagirdlərin biliklərini praktiki mənimsəməsi üçün də lazım olan bütün avadanlıqlarla təmin edilib. Müəllimlər həvəslə dərs keçəcək, şagirdlər də həvəslə öyrənəcəklər. Kəndimizin sakinlərini təbrik edirəm. Təşəbbüskarlara minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində inşa edilib. Təhsil ocağı 960 şagird yerlikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir