Dünya

Casusluqla bağlı saxlanılan “The Wall Street Journal” qəzetinin jurnalisti ilə bağlı növbəti qərar verildi

Sharing is caring!


Rusiya paytaxtı Moskvanın Lefortovo məhkəməsi mart ayında Yekaterinburqda casusluq ittihamı ilə saxlanılan və Moskvada həbs edilən “The Wall Street Journal” qəzetinin jurnalisti, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 2024-cü il yanvar ayının sonuna qədər uzadıb.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Moskvanın Lefortovo Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviç barəsində həbs-qətimkan tədbirinin müddəti 2 ay, ümumilikdə isə 10 aya qədər, yəni 30 yanvar 2024-cü il tarixinədək uzadılıb”, – deyə məlumatda bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir