Oxşar Xəbərlər
“Borussiya” darmadağınla “Bavariya”ya yaxınlaşdı – VİDEO
Almaniya Bundesliqasının 31-ci turunda “Borussiya” (Dortmund) “Volfsburq”la qarşılaşıb. Oxu.Az xəbər verir ki, matç dortmundluların darmadağını ilə başa çatıb – 6:0. “Borussiya”nın heyətində Kərim Adeyemi və Cud Bellinqem dubl ediblər, Sebastyan Alle ilə Donyel Malen hərəyə bir dəfə fərqləniblər. Qələbə sayəsində xallarını 64-ə çatdıran Dortmund klubu ikincidir və lider “Bavariya”dan 1 xal geri qalır. Xeberal.az
Britaniyada pabların 70%-i bağlana bilər
Böyük Britaniyada pabların 70%-dən çoxu elektrik enerjisi qiymətlərindəki artımdan təsirlənib və onların qışa qədər bağlanacağı gözlənilir. Rəyi soruşulan pab sahiblərinin 65%-dən çoxu ödənişlərin iki dəfə artdığını bildirib. Digər 30% isə bu sahədə əsl sıçrayış olduğunu qeyd ediblər. Pab sahibləri böhrandan çıxmaq üçün hökumətdən kömək istəyirlər. Onların sözlərinə görə, səlahiyyətlilər təcili müdaxilə etməlidir. Mənbə: İzvestiya Xeberal.az
Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər – FOTO
Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər. “Report” xəbər verir ki, Əməkdar artist Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib. Konsertdə Azərbaycanın əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova da çıxış ediblər. Onlar dünya bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan […]