Xarici siyasət

Rusiya Xarkova desant göndərdi: Döyüşlər başladı

Sharing is caring!

Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna ordusu onlarla döyüşə girib.


Ukrayna Ali Radasının “Telegram” kanalının xəbərinə görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Rusiya desantları Xarkova enib. Silahlılar xəstəxanaya – Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. Onlarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb”, – məlumatda deyilir.

“Ukraynanın Operativ Silahlı Qüvvələri” “Telegram” kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir