Xarici siyasət

Ermənistan və erməni xalqı bundan faydalanacaq – Çavuşoğlu

Sharing is caring!

Cənubi Qafqazda atəşkəs mövcuddur və biz bu atəşkəsin davamlı olmasını istəyirik.

XəbərAl.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır:

“Qardaşım Məhəmməd Cavad Zərif buraya səfərindən əvvəl digər ölkələrə də gedib. Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Ən çox da Ermənistan və erməni xalqı bundan faydalanacaq. Biz Ermənistanın da bu istiqamətdə konstruktiv addımlar atacağını gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir