Siyasət

“Ekosmart” Qərbi Azərbaycan toponimlərinin tanıdılması ilə bağlı yeni layihəyə başlayıb – FOTO

Sharing is caring!

“Ekosmart” Təşəbbüslər Mərkəzi İctimai Birliyi Qərbi Azərbaycan toponimlərinin tanıdılması ilə bağlı yeni layihəyə start verib.

Layihə çərçivəsində tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazilərindəki Azərbaycan toponimləri, kənd və qəsəbələrin tarixi adları, xəritələri haqqında fotolar və infoqrafikalar təqdim olunacaq. Əsas hədəf xüsusilə gənc nəsildə Qərbi Azərbaycanla bağlı daha dolğun və obyektiv təsəvvürlər formalaşdırmaqdan ibarətdir. 

Layihə Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq, 200 ildən çox müddətdə ermənilər tərəfindən xalqımızın qədim tarixini saxtalaşdırmaq cəhdlərini ifşa etmək, indiki Ermənistan ərazisindəki yer adlarının dəyişdirilərək erməniləşdirilməsi prosesi barədə ictimaiyyəti daha geniş məlumatlandırmağı nəzərdə tutur.

Sözügedən layihə Qərbi Azərbaycanda azərbaycanlıların min illər boyu yaşamasını sübut edən tarixi faktlar əsasında hazırlanıb. 

“Ekosmart” Təşəbbüslər Mərkəzi İctimai Birliyi gələcəkdə layihəni daha da genişləndirərək tarixi Azərbaycan torpaqları barədə videoçarxlar hazırlamağı da planlaşdırır. Mərkəz Qərbi Azərbaycan mövzusunda bir sıra yeni layihələr təqdim etməyə çalışacaq və bu mövzu onun fəaliyyətinin prioritet istiqamətlərindən biri olacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir