Xarici siyasət

Fransaya fransızsayağı SİLLƏ

Sharing is caring!

Könül İsmayılova: “Fransa getsin öz gününə ağlasın, sonra Ermənistana yas tutar”

“Ermənistanla “bacı”lıq edən Fransaya nəinki Azərbaycanın, dünyanın da münasibəti yaxşı ola bilməz. Ölkələrarası müharibələrdə “yengə” rolunu oynamaq sanki Fransanın alın yazısıdır. Və bu gedişlə daha da “dişsiz”ləşir”.

Bunu Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışını Xəbəral.az-a şərh edən Nizami rayon İcra Hkaimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

Könül İsmayılova qeyd etdi ki, bu gün Ermənistana qucaq açan Fransa əslində qucağındakının hansı durumda olduğunu yaxşı bilir, sadəcə olaraq Azərbaycana qarşı işlədə biləcək ən asan silah məhz Ermənistandı:

“Cənab Prezident Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışında Fransanın iç üzünü elə gözəl faktlarla açıb ortaya qoydu ki, əlavə şərhə ehtiyac qalmır. Həqiqətən də Fransanın özündə ölkədaxili durum elə bir həddə çatıb ki, indiki vaxtda qalxıb da hansısa dövlətin işinə qarışması məntiqsiz görünür. Fransa getsin öz gününə ağlasın, sonra Ermənistana yas tutar. Fransanın özündə vətəndaşların hüququ qorunurmu ki, onları görməzdən gəlib erməni təəssübünü çəkirlər? Bu süni demokratlıq sərgiləməklə nə qazanırlar? Hər halda Fransa barmağını Azərbaycanın işlərinə soxsa da, onun təzyiqləri bizim üçün önəmsizdir. Çünki biz bu 30 ildə hansı ölkənin Azərbaycana hansı münasibətdə olduğunu yaxşı gördük”.

Xanım siyasətçi qeyd etdi ki, Azərbaycan özü özünün müqəddəratını həll etdisə və bu gün dünya dövlətləri onunla hesablaşırsa, demli artıq hansısa Rusiya, Fransa, yaxud qeyrisi Ermənistanı əldə əsas tutub, Azərbaycana “xox” gələ bilməz.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir