İqtisadiyyat

Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb

Sharing is caring!

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata əsasən, Fond tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə ötən aya nisbətən 7,6 faiz və ya 46,1 milyon ABŞ dolları az olub.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir