Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb.
Nazirlıikdən bildirilib ki, statistikaya əsasən, Kəlbəcər rayonunda 1992-1993-cü tədris ilində məktəblərin sayı 96, müəllimlərin sayı 1 113, şagirdlərin sayı isə 9 747 olub.
2020-2021-ci tədris ilində rayonda məktəblərin sayı 109, müəllimlərin sayı 1 952, şagirdlərin sayı isə 15 666 olub.