Siyasət

Milli Məclisin iclasının gündəliyi dəyişdi

Sharing is caring!

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

“Report”un əldə etdiyi məlumata görə, toplantının gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir