Sosial

Azərbaycanlı alim vəfat edib

Sharing is caring!

Tanınmış təbib, Əməkdar elm xadimi, Azərbaycan Tibb Univer­sitetinin Mikrobiologiya və im­mu­nologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zakir Qarayev ömrünün 79-cu ilində vəfat edib.

AMEA-dan  bildirilib ki, Zakir Ömər oğlu Qarayev 27 noyabr 1941-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Dilican mahalının Göyərçin kəndində ana­dan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini bitirib, 1968-ci ildə Mikrobiologiya və immunologiya kafedra­sında aspirantura təhsili alıb.

Z.Qarayev 1968-ci ildə tibb elmləri üzrə fəlsəfə doktoru, 1974-cü ildə tibb elmləri doktoru elmi də­rə­cələrini, 1990-cı ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 2010-cu ildə Əməkdar elm xadimi fəxri adına, 2017-ci ildə isə AMEA-nın “Akade­mik Mirəsədulla Mirqasımov adına mükafatı”na layiq görülüb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir