Tədbirlər

“ZİYALI OCAĞI” İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏYƏ START VERDİ

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə -“Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” layihəsinə start verib.
Layihənin rəhbəri, “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva bildirib ki, layihə çərçivəsində müxtəlif səpgili tədbirlər reallaşdırılacaq. Tədbirlər Bakı, Abşeron, Sumqayıt, Gəncə şəhərlərində həyata keçiriləcəkdir. Tədbirlərdə tarixi Azərbaycan torpaqlarında silsiləli şəkillərdə soyqırımlar aparan məkrli qonşumuzun-işğalçı Ermənistanın yürütdüyü mənfur siyasətin iç üzü bir daha açılacaqdır. Xalqımıza qarşı törədilən bu çirkin, məkrli oyunların geniş ictimaiyyət arasında təbliğ olunması qarşımıza qoyduğumuz ən önəmli məsələlərdən biridir. Azğın düşmənin əsl üzünün tanıdılması və geniş arenada təbliği mütləqdir. Birliyimiz daima bu məsələnin gündəmdə saxlanılmasına çalışacaqdır. Erməni vandallarının dinc sakinlərə qarşı törətdiyi müharibə cinayətlərini yerli və beynəlxalq iştirakçıların qarşısında ifşa edəcəkdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir