Tədbirlər

“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR

Sharing is caring!

2 mart “Loqos” Psixoloji və Nitq Mərkəzinin yaranmasının 10 ili tamam olur.

Bu münasibətlə 2 mart 2024-cü il tarixində “Four Seasons” otelində təntənəli yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, İlham Məmmədov, Aydın Hüseynov, Tamam Cəfərova, Nigar Arapadarai, Aqil Abbas, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağçı və xanımı Leyla Bağçı, Şimalı Kipr Türk Respublikasının ölkəmizdəki elçisi Ufuk Turqaner, şəhid General Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, o cümlədən, Türkiyə və Rusiyadan tədbir üçün dəvət olunmuş qonaqlar, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və özəl qurumlarının nümayəndələri, ölkəmizin tanınmış ictimai xadimləri, iş xanımları, həkimlər, qeyri-hökümət təşkilatlarının sədrləri, mətbuat nümayəndələri, “Loqos” Psixoloji və Nitq Mərkəzinin kollektivi iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illiyinə həsr olunmuş video-çarx təqdim olunub.

Çıxış edən “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru  Təranə Paşayeva “Loqos”un 10 il öncə yaranması, Mərkəzin bu illər ərzində gördüyü işlər, qazanılan nailiyyətlər haqda tədbir iştirakçılarını məlumatlandırıb və “Loqos”un 10 illik yubileyinə həsr olunmuş “Loqos” elmi-publisistik jurnalı, eləcə də 10 illik hesabatı özündə əks etdirən kitabın təqdimatını edib. Təranə Paşayeva “Loqos” jurnalının 10-cu sayının hər zaman “Loqos”un fəaliyyətini dəstəkləyən, türk dünyasının unudulmaz vətənpərvər xanımı, mərhum Millət vəkili Qənirə Paşayevaya həsr olunduğunu bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin rəhbəri Təranə Paşayeva və kollektivi təbrik edib, fəaliyyətlərində bundan sonra da uğurlar arzu edib. Ombudsman sağlam cəmiyyətin inkişafı istiqamətində “Loqos”un istər paytaxt Bakıda, istərsə də regionlarda gördüyü işləri yüksək qiymətləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı “Loqos” Psixoloji və Nitq Mərkəzinin ölkəmiz və cəmiyyətin inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirərək, müxtəlif layihələr çərçivəsində Komitə ilə Mərkəz arasında birgə görülən işlər haqqında məlumat verib və Komitə adından hazırlanmış xüsusi təbrik məktubunu Təranə Paşayevaya təqdim edib.

Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Jalə Əliyeva çıxış edərək “Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib və Mərkəzin hər zaman imkansız və ehtiyacı olan ailələrə təmənnasız köməklik göstərdiyini, “Loqos”un ölkəmizin təkcə psixologiya sahəsi üzrə deyil, bir çox sahələrdə fəallıq nümayiş etdirdiyini qeyd edib, bütün “Loqos” kollektivini təbrik edərək yeni nailiyyətlər qazanmağı arzu ediblər.

Şəhid General Polad Həşimovun anası Səmayə Həşimova çıxışında “Loqos” kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib, hər zaman şəhid və itkin ailələrini, qaziləri diqqətdə saxlayan “Loqos” kollektivinə minnətdarlığını bildirib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir