Tədbirlər

“Nur üzlü cənnət mələyi” adlı xatirə gecəsi keçirildi

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Əbdülməcid Nadirşah oğlu Axundovun 30 illik yubileyinə həsr olunan “Nur üzlü cənnət mələyi” adlı xatirə gecəsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilərək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, şəhidin anası Ceyran Həsənova və mədəniyyət işçiləri iştirak ediblər.

Sonda “Missiya” tamaşasından bir səhnə canlandırılıb. Şəhid anası tədbir iştirakçıları ilə oğlu haqqında xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir