Dünya

Avropa İttifaqı ilk səhra təlimini keçirir

Sharing is caring!


Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə “MILEX 23” adlı birgə hərbi təliminə başlayıb.

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel İspaniyadakı Rota dəniz bazasında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, Aİ-nin müasir böhranlara və gələcək təhlükəsizlik təhdidlərinə tab gətirə bilməsi istiqamətində bir addımdır.

“Bu təlimdən əldə edilən təcrübə evakuasiya da daxil olmaqla humanitar missiyalar zamanı, həmçinin İsraildəki mövcud münaqişəyə cavab vermək üçün istifadə edilə bilər”, – Borrel əlavə edib.

Qeyd edək ki, İspaniyada keçiriləcək manevrlər Aİ-nin 16 ölkəsindən 2800 nəfərlik hərbi çevik reaksiya qüvvələrinin iştirakı ilə bir həftə davam edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir