Cəmiyyət

Bakıda avtomobil divara çırpılıb, iki qadın ağır xəsarət alıb – FOTO

Sharing is caring!


Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Zahirə Həsənova idarəetməsində olan “Mercedes-Benz” markalı avtomobillə Rəşid Behbudov küçəsində hərəkətdə olarkən qarşısına maneə çıxıb. Bu zaman Zahirə Həsənova sükana nəzarəti itirib. Avtomobil əvvəlcə ödəmə terminalına, daha sonra 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində olan binanın divarına çırpılıb. Zərbənin gücündən avtomobildə olan sərnişin Günel Bayramova və sürücü Zahirə Həsənova ağır xəsarətlər alıblar. Nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin briqadası cəlb edilib. Həkim bildirib ki, Günel Bayramova çanaq sümüyünün sınığı, sürücü isə qol sümüyünün sınığı diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə şahidi bildirib ki, qəzaya uğrayan avtomobilin sürücüsünü “Toyota Prius” markalı maşının sürücüsü çaşdırıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Fakt üzrə hüquqi qiymət ərazidə olan təhlükəsiz şəhər kameralarına baxıldıqdan sonra veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir