Tədbirlər

Nizami Tibb Mərkəzi Uşaq sığınacağında aksiya etdi

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzində TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü, Nizami Tibb Mərkəzinin iştirakı ilə tibbi aksiya keçirilib. Aksiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Aksiya pediatr, psixoloq,ginekoloq,dermatoloq, oftalmoloq, radioloq, nevroloq, uşaq cərrahı,kardioloq,terapevt və infeksionist ixtisasları üzrə bir neçə ixtisas həkiminin müayinələri əsasında həyata keçirilib.


Namidə İsayeva Nizami Tibb Mərkəzinin Mətbuat xidmətinin rəhbəri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir