Tədbirlər

MMP “Türk şəhidliyi” abidəsini ziyarət etdi

Sharing is caring!

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümüdür

Müasir Müsavat Partiyasının (MMP) rəhbərliyi və üzvləri Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.

Xəbəral.az xəbər verir ki, bu barədə MMP-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Ziyarət zamanı abidənin önündə Azərbaycan tarixinin şərəfli günündən danışılıb, 15 sentyabrın 1918-ci ilinə virtual ekskursiya edilib. Bakının işğaldan azad edilməsi zamanı Osmanlı ordusunun 1130 şəhid verdiyindən söz edilərək, bunun Azərbaycan-Türkiyə qardaşlığının tarixi nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri 44 günlük Vətən müharibəsində özünü bir daha göstərib.

Qeyd edək ki, Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir