Dünya

Latviyada yeni hökumət təsdiqləndi

Sharing is caring!


Latviyanın Seymi (birpalatalı parlament) səs çoxluğu ilə Yeni Birlik Partiyasını təmsil edən baş nazir Evika Silinanın rəhbərlik etdiyi ölkənin yeni hökumətini təsdiqləyib.

Nazirlər Kabinetinin yeni tərkibini 53 deputat dəstəkləyib, 39 xalq nümayəndəsi isə əleyhinə çıxıb.

Yeni kabinetdəki 16 nazir portfelinin yarısı Yeni Birliyə, beşi Yaşıllar və Kəndlilər Birliyinə, üçü isə Proqressivlərə qismət olub. Həmçinin, yeni kabinetə əvvəlki hökumətin dörd nümayəndəsi daxil edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir