Tədbirlər

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bizim şanlı tariximiz, şəhidlər və qazilər
isə bu tarixin yaradıcıları olaraq, bizim qürur mənbəyimizdir.

Sharing is caring!


Əsgər və zabitlərimizin rəşadəti, vətənin dar günüdə ayağa qalxan minlərlə könüllü gəncin
yenilmaz vətən sevgisi, hünəri şanlı qələbəmizin əsasını təşkil etdi. Eyni zamnda Ali Baş
Komandanımız cənab İlham Əliyevin sərrast taktikası və xalqımızın birliyi bu qələbəmizin təməlini
qoymuşdur.
Qısa müddətdə qazanılan bu möhtəşən Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı
və qanı bahasına başa gəldi.
Bu gün vətənimizin hər yerində olduğu kimi doğma Abşeron rayonumuzda da cəmiyyətin
həssas təbəqəsi hesab olunan Vətən müharibəsi iştirakçılarına, şəhid və qazi ailələrinə daim böyük
qayğı və diqqətlə yanaşılır.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılığı ilə bu ailələrin mənzilməişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və digər məsələlərlə bağlı təqdirə laiq
işlər görülür, müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələrin həlli ilə
əlaqədar operativ tədbirlər həyata keçirirlər.
Rayonumuzda Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra
işlər görülmüşdür ki, bu da şəhid ailələrinin mənəvi rifah halının xeyli yüksəlməsinə səbəb olmuşdur.
Belə ki, rayon mərkəzində rayonumuzun Birinci və İkinci Vətən müharibəsinin şəhidlərinin adlarının
əbədiləşdirilməsi məqəsi ilə möhtəşəm bir kompleks yaradılmışdır. Bundan başqa digər qəsəbələrdə
xatirə kompleksləri yaradılmışdır.
Xırdalan şəhərində, eləcə də qəsəbələrdə bir sıra küçələrə şəhid adları verilmişdir. Rayonda
böyük Zəfərimizin və şəhidlərin əziz xatirəsini yaşatmaq məqsədi ilə xeyli tədbirlər keçirilmişdir.
Demək olar ki, şəhid ailələri və qazilər rayonun ictimai həyatının ən fəal üzvlərinə çevrilmişlər.
Şəhidlərin doğum günləri və ildönümləri rayonun icra hakimiyyətinin birbaşa iştirakı ilə yüksək
səviyyədə qeyd olunur.
Rayonda şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması məqəsdi ilə mütəmadi
olaraq işlər görülür, şəhid ailə üzvləri və işləmək məhdudiyyəti olmayan qazilər aidiyyəti üzrə müxtəlif
sahələrdə işlə təmin olunurlar.
Bayramlarda, özəl günlərdə xüsusi imtiyazlı ailələrin evlərinə bayram sovqatları aparılır. Şəhid
və qazi ailələrinin mənzil-məişət səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər görülmüş, təmirə
ehtiyacı olan evlər təmir olunmuşdur.
Şəhid və qazi övladlarına xüsusi diqqətlə yanaşılmaqdadır. Hər bir şəhid övladının doğum
günü RİH əməkdaşlarının və rayonun ictimai fəallarının iştirakı ilə qeyd edilir.
Şəhidlərin dəfn olunduğu xiyabanların təmiz və səliqəli saxlanılması diqqət mərkəzindədir.
Bir sözlə desək Abşeron rayon İcra başçısı Abdin Fərzəliyevin diqqət və qayğısı, müdrikliyi
sayəsində şəhid ailələri və qazilər, o cümlədən rayon ictimaiyyəti doğma bir ailə kimi formalaşmışdır.

Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir