İdman

İtaliya millisinin yarımmüdafiəçisi 10 ay müddətinə futboldan kənarlaşdırıldı

Sharing is caring!


İngiltərənin “Nyukasl” klubu və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali 10 ay müddətinə futboldan kənarlaşdırılıb. 

Buna səbəb 23 yaşlı istedadlı futbolçunun mərc oyunları aludəçiliyidir.

Məlumatı insayder Fabritsio Romano öz sosial şəbəkə səhifəsində yayıb.

Bundan əlavə Sandro Tonali mərc asılılığından qurtulmaq üçün səkkiz aylıq reabilitasiya kursunu keçməli olacaq.

Həmçinin Sandro Tonali 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatını da buraxmalı olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir