Kriminal

Bakıda şirkətə qarşı 110 minlik dələduzluq edən “ticarətçi”yə cəza verildi

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü Vasif İsmayılov 2021-ci ildə paytaxtın Xətai rayonu, Nobel prospekti 108 ünvanında yerləşən şirkətlərdən birinə məxsus 30 000 dəyərində kranı ayda 2 400 manat icarə haqqı ödəmək müqabilində icarəyə götürüb. O, sonradan vədinə əməl etməyib və kranı başqa şəxslərə satıb.

Bundan başqa, Vasif İsmayılov həmin şirkətin 80 000 manat dəyərində olan ekskavatorunu ayda 5 000 manat icarə haqqı ödəmək qarşılığında icarəyə götürüb. O, yenə də vədinə əməl etməyib və sonradan ekskavatoru başqa şəxslərə satıb.

Eyni zamanda Vasif İsmayılov zərərçəkmiş Qabil Qabilova (şərti) özünü avtomobil ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib. O, həmin şəxsə məxsus MMZ-5549 markalı avtomaşını satıb, 15 gün müddətinə nəqliyyat vasitəsinin dəyəri olan 5 500 manat pulu verəcəyini vəd edib. Vasif İsmayılov bu vədinə də əməl etməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir