Tədbirlər

QHT sədri verilişdə müsabiqə qaliblərinin adını açıqladı – FOTO +VİDEO

Sharing is caring!

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinə yekun vurub.


Bu barədə Xəbəral.az -a ictimai birliyin sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.
K. Quliyeva bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi.


“Biz də təşkilat olaraq möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri cənab Prezidentin ad günündə açıqladıq. “Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib. Şadirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib”.


Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.
Müsabiqənin yekunlarına əsasən
I yer – 26 baIIa “Azadlıq tarixin tək itməyən dəyəridir!” məqaləsi ilə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozunun Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 7g sinif şagirdi Aysu Nurməmmədova,

ll yer – 24 balla “Nidanın gücü, gücün nidası!” Zəfər! – Biz onu çox gözləmişdik…” məqaləsi ilə Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin 6c sinif şagirdi Nərmin Sadıqova,

III yer – 21 balla “Zəfərə aparan yol!” məqaləsi ilə Sabunçu rayonu, Mastağa qəsəbəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 5c sinif şagirdi Nərmin Vəkiloğlu layiq görülüb.

Onu da qeyd edək ki, qaliblərin adı MUZ TV-nin efirində yayımlanan “Ümid ilə Gəl” verilişində açıqlanıb. Verilişin aparıcısı Tarix Əliyev də qalibləri ayrıca təbrik edərək, sertifikat və pul mükafatının təqdim olunması üçün onları ayın 26-da yayımlanacaq verilişə dəvət edib. Təşkilat sədri bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir