Cəmiyyət

Efirdə qızından təbrik alan Aytən Səfərova ağladı – VİDEO

Sharing is caring!

Aparıcı Aytən Səfərova ad gününü “Qonaqcanlı” proqramında qeyd edib. 

Axşam.az xəbər verir ki, aparıcının Türkiyədə təhsil alan qızı Ayza onun üçün videotəbrik yollayıb. 

“Dünyanın ən gözəl, ən saf, ən təmiz qəlbli, arada da əsəbi anası. Dünyanın ən yaxşılarına layiqsən. Dünyanın bütün gülləri sənə bəs etməz. Bütün güllər səndən gözəl ola bilməz. Qürur duyuram və fəxr edirəm ki, sən mənim anamsan. Aramızda ölkələr, şəhərlər də olsa, yaxınımdasan. Səni sevirəm”, – deyən Ayza onun üçün “Səndən daha gözəl” mahnısını oxuyub.

Həmin kadrları görən aparıcı göz yaşlarını saxlaya bilməyib. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir