Şou-Biznes

“Utanılası bir şey yoxdur” – Əməkdar artist Covid19-a yoluxdu

Sharing is caring!

“Mən də Covid19 virusuna yoluxdum. Təəssüf ki, insanlar arasında bu məsələyə məsuliyyətsiz yanaşanlar var”.

XəbərAl.az xəbər verir ki, bu sözləri Əməkdar artist Anar Heybətov sosial şəbəkədə yazıb. Aktyor koronovirus testinin pozitiv çıxdığını bildirib:

“Özündə simptomları hiss edərkən, hərarət yuxarı olduqda bunu gizlədirlər. Cəmiyyət arasında özlərindən qeyri-ixtiyari virusu yayırlar. Burada ayıb və utanılası bir şey yoxdur. Test verin və evdən çıxmayın, müalicə olunun. Hər kəs özünü, yaxınlarını qoruyarsa, tezliklə bu koronavirusa qalib gələrik. Şükür, artıq ağır günlər keçib. Allah hamıya şəfa versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir