Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsinin iki hakiminin fəaliyyətinə xitam verildi

Sharing is caring!

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Həmid Həmidov və Vaqif Mursaqulovun hakimlik fəaliyyətlərinə vaxtından əvvəl xitam verilib.

APA xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.

Hər iki hakimin fəaliyyətlərinə xitam verilməsi üçün ərizə ilə müraciət etdikləri bildirilir.

Qeyd edək ki, ötən il ərzində şuranın qərarı ilə 10 hakimin fəaliyyətinə xitam verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir