Şou-Biznes

Məşhur prodüsser qiyama görə soyadını dəyişir

Sharing is caring!

Tanınmış prodüsser İosif Priqojin "Vaqner" hərbi qruplaşmasının qiyamından sonra soyadını dəyişdirmək istədiyini açıqlayıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prodüsser bunu “Komsomolskaya Pravda”ya müsahibəsi zamanı deyib.

"Əlbəttə, hazırda bu məsələ vacib bir şey deyil. Həqiqətən soyadımdan xoşum gəlir, ondan ayrılmaq istəmirəm. Ancaq belə bir Nemiroviç-Dançenko var idi. Mən də məsələn, Perfilov-Priqojin ola bilərəm. Bəlkə bu addım mənə bir az kömək edəcək?, – Priqojin bildirib. 

Prodüsser onu da əlavə edib ki, iyunun 24-də ona soyadı ilə bağlı çoxlu mesajlar gəlib. Xüsusilə, insanlar onun səhifələrinə “Rostovu qaytar” kimi şərhlər yazıb. Priqojin bu mesajlara anlayışla yanaşdığını etiraf edib.

 “Mən həm də əyləncə sektorunun adamıyam və çox yaxşı başa düşürəm ki, bu cür şərhlər ümumi emosional vəziyyəti yüngülləşdirir. Hansısa şəkildə xəbərlərin fonunu dəyişdirməyə kömək edir”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir