Tədbirlər

İctimai Şuranın növbəti iclası keçirilib

Sharing is caring!

21 iyun  2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura növbəti iclas keçirib.  

Xəbəral.az xəbər verir ki, iclasda Komitənin əməkdaşı Zəminə Səfərova, İctimai Şuranın  sədri Fariz Əkbərov və Şura üzvləri iştirak ediblər. İctimai Şuranın sədri Fariz Əkbərov Şuranın fəaliyyət planının hazırlanması və işçi qrupunun  yaradılması ilə bağlı təkliflər verdi.

İclasda Şuranın sədr müavinləri Nailə Ismayılova, Aynur Zülfüqarlı və üzvlər Mətanət Cəfərova, Vəfa Abbasova, İradə Polad, Arzu Əliyeva,  Samirə Mustafayeva çıxış ediblər. Həmin  təkliflər əsasında 6 aylıq fəaliyyət planının hazırlanması və 3 işçi qrupu yaradılması qəbul edilib. İclasda şura üzvləri eyni zamanda İctimai  Şuranın digər fəaliyyət istiqamətlərini də müzakirə ediblər.

İctimai Şura üzvləri Komitənin fəaliyyətləri istiqamətində gələcək işlərində rəy və təkliflərini verdilər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir