Şou-Biznes

Bred Pittdən boşandıqdan sonra psixoloq yanına gedib – ETİRAF

Sharing is caring!

Amerikalı aktrisa Cennifer Eniston aktyor həmkarı Bred Pittdən boşandıqdan sonra psixoterapevtə müraciət etməli olduğunu etiraf edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu barədə Amerikanın “The Ellen Show” şousunda danışıb.

Əri ilə ayrılıq "Dostlar" serialının çəkilişlərinin bitməsinə təsadüf edib.

“Boşandım və müalicəyə getdim. Daha sonra “Amerikasayağı boşanma” filmində rol aldım. Hiss olunurdu ki, geriyə gedirəm. Sonra qərara gəldim ki, yeni bir fəsil açmaq vaxtıdır. Və hər şeyi yenidən başladım. Bu işə yaradı”, – aktrisa bildirib.

Cennifer Eniston və Bred Pitt 5 il evli olublar. 2005-ci ildə boşanıblar.
Daha əvvəl Eniston etiraf etmişdi ki, o, onilliklər ərzində yuxusuzluqdan, yuxuda gəzməkdən əziyyət çəkib, həmçinin narahatlıq və həyəcan hissləri keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir