Şou-Biznes

Məşhur aparıcı müğənnini ələ saldı

Sharing is caring!

Teleaparıcı və jurnalist Kseniya Sobçak estrada müğənnisi Hannanın zəngin həyatı ilə bağlı açıqlamalarını ələ salıb. 
Lent.az xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib.
Müğənni Hanna Dubaydan evi üçün aldığı süni güllərlə fotosunu yayımlayıb.
O, Dubaydan Moskvaya çatdırılması üçün böyük məbləğ ödəyib.
“Mən bunun dəlisiyəm. Bu güllərin çatdırılması üçün o qədər pul ödəmişəm ki, həmin məbləğə Çeboksaraxda ev almaq olar”,- deyə o qeyd edib.
Kseniya Sobçak Hannanın postuna reaksiya verdi. O, müğənnini ələ saldı və şərhlərdə istehzalı səsvermə təşkil etdi: Çeboksarıdakı ev və ya süni çiçəklər.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir