Şou-Biznes

Elgiz 10 günə çəkilən filmdən danışdı

Sharing is caring!

“Daha dayanmadan, tez-tez filmə çəkiləcəm. Bundan sonra məni kinodan ayırmaq olmayacaq” Lent.az-ın xəbərinə görə bunu "Elçilik"filminin təqdimatı və imza gecəsi zamanı filmdə baş rolda çəkilmiş tanınmış aparıcı Elgiz Əkbər deyib. O bildirib ki, film 10 günə ərsəyə gəlib.

“Hər gün həm canlı yayımda proqramım, həm film çəkilişləri olurdu, evə gecə ikidə, üçdə gəlirdim. Amma filmə çəkilmək xoşuma gəldi. Bundan sonra deyəsən tez-tez çəkiləcəm

 Film Novruz bayramında insanlara gülüş, gözəl əhval-ruhiyyə bəxş etmək məqsədi daşıyır. Uşaqlıqdan bir iki filmin dublyajında iştirak etmişdim. “Elçilik” filmi mənə çox yad deyil, apardığım proqramın formatına da uyğun gəlir. Özümə uyğun improvizələrim olub”,- deyə aparıcı bildirib.

"Elçilik” filmində Azərbaycanda Təhminə rolu ilə tanınan  türk aktrisa Meral Konrat,  türkiyəli müğənni Barış Kömürcüoğlu, Elgiz Əkbər, müğənnilər Xatun, aktyorlar Teymur Məmmədov, Firüzə Balayeva və Niftulla Əsgərov rol alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir