Dünya

“İnter” doğma meydanda “Kalyari”yə qalib gələ bilmədi – VİDEO

Sharing is caring!




Futbol üzrə İtaliya çempionatının 32-ci turunun oyununda Milanın “İnter”i doğma meydanda “Kalyari”ni məğlub edə bilməyib.

Oxu.Az xəbər verir ki, Milanda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Markus Tyuram və Hakan Çalhanoğlu penalti edərək, fərqləniblər. Qonaqların qollarını Eldor Şomurodov və Nikolas Viola vurub.

Qeyd edək ki, “İnter” A Seriyasında ardıcıl 26 oyundur ki, məğlub olmur. Simone İnzaqinin komandası 83 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Klaudio Ranyerinin “Kalyari” komandası (31) 14-cü yerdədir.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir