Şou-Biznes

Skarlett Johanson: “Sosial mediaya dözə bilmirəm”

Sharing is caring!

Hollivud ulduzu Skarlett Johanson "Instagram", "Twitter" və "Facebook" kimi sosial media platformalarından niyə istifadə etmədiyini izah edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı aktrisa sosial medianı asılılıq adlandırıb. 

"Sosial media ilə məşğul olmaq mənə vaxt itkisi kimi görünür, çünki bu, asılılıq yaradır. Digər tərəfdən, sosial mediada olmaq üçün çox kövrəkəm. Beynim, ürəyim bəzi şərhlərə dözməyəcək qədər kövrəkdir. Açığı, mən zərif çiçək kimiyəm. Bununla yanaşı, hesab edirəm ki, sosial media informasiya mübadiləsi üçün idealdır” – deyə Johanson bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir