Şou-Biznes

Xalq artistinin adından fırıldaqçılıq edib, pul yığdılar: “Görəndə şok oldum”

Sharing is caring!

Xalq artisti Röya Ayxan dələduzluqla qarşılaşıb. Belə ki, Röya xaricdə tətildə olduğu halda kimlərsə onun adından konsert afişası asıb, pul qazanmağa çalışıb.

Lent.az-ın məlumatına görə, o bu barədə "Instagram" sosial şəbəkəsində yazıb:

"Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Kimin tədbiri varsa, uğurlar arzu edirəm. Lakin bizim yoxdur. Bu şəkildə afişanın paylaşılması da məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar".
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir